Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden İordaniyanın kralı İkinci Abdullahı Ağ Evdə iyulun 19-da qəbul edəcək. Bu barədə ABŞ liderinin mətbuat xidməti iyulun 8-də xəbər verib («Röyter»).
«Zati-alilərinin səfəri Birləşmiş Ştatlarla İordaniya arasında möhkəm və strateji həmkarlığı, onun Amerika üçün təhlükəsizlik sahəsində açar həmkar və müttəfiq olduğunu göstərir» - deyə, Ağ evin xəbərində bildirilir.
Orada həm də ABŞ Prezidenti Bayden və İordaniya kralı Abdullah arasında Yaxın Şərqin qarşısında duran çoxsaylı məsələlərin müzakirə olunacğı anons edilib. Həmçinin bu məsələlərdə İordaniyanın aparıcı rolu qeyd olunub.
İkinci Abdullah iyulun 1-dən ABŞ-da iki həftəlik səfərdədir. Bayden üçün kralın qəbulu ərəb lideri ilə Ağ Evdə ilk görüş olacaq.
“AzPolitika.info”


Şərhlər