Menu

Tokio-2020 azarkeşsiz keçiriləcək - RƏSMİ

08.07.2021, 22:55
Tokio-2020 azarkeşsiz keçiriləcək - RƏSMİ

Tokio-2020 Yay Olimpiya Oyunları bütün yarış meydanlarında azarkeşsiz keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə olimpiadanın təşkilinə məsul olan yaponiyalı nazir Tamayo Marukava açıqlama verib.

O bildirib ki, Oyunlar paytaxt ərazisində yerli azarkeşlərin iştirakı olmadan təşkil ediləcək. Tamaşaçıların digər prefekturalardakı yarışlara buraxılması isə hazırda təşkilatçılar və yerli hökumət nümayəndələri ilə razılaşdırılır.

Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçirilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol