Menu

DYP avtomobili qəzaya düşüb - Yol polisi xəsarət alıb

09.07.2021, 11:21
DYP avtomobili qəzaya düşüb - Yol polisi xəsarət alıb

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, TIR markalı yük avtomobili Yol Patrul Xidməti avtomobilinə çırpılıb.

Hadisə nəticəsində polis əməkdaşı ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol