Menu

"Taliban" Əfqanıstanla İran və Türkmənistan arasındakı keçid məntəqələrinə nəzarəti ələ keçirib

09.07.2021, 11:36
"Taliban" Əfqanıstanla İran və Türkmənistan arasındakı keçid məntəqələrinə nəzarəti ələ keçirib

“Taliban” qruplaşması Əfqanıstanla İran arasındakı baş sərhəd keçid məntəqəsinə nəzarəti ələ keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu qruplaşmanın nümayəndəsi “France Press” bildirib.

Agentliyin məlumatın əsasən, Əfqanıstanın İslam Qala yaşayış məntəqəsi tamamilə “Taliban”ın nəzarəti altındadır.

Qruplaşmanın nümayəndəsi “RİA Novosti”yə deyib ki, qonşu dövlətlər sərhədlərinin təhlükəsizliyindən tam arxayın ola bilərlər.

Əfqanıstan hakimiyyəti bildirib ki, “Taliban” qruplaşması Türkmənistanla Əfqanıstan arasındakı sərhəd keçid məntəsəqinə də nəzarəti ələ keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol