BU ÖLKƏDƏ AVTOMOBİLLƏR ƏRİYİR: TEMPERATUR 73 DƏRƏCƏDİR - VİDEO

Küveytdə havanın temperaturunun kəskin artması fəsadlara yol açıb.

“News.ru xəbər verir ki, dünyanın ən isti ölkələrindən biri olan Küveytdə havanın temperaturu 53 dərəcədən 73 dərəcəyə qədər yüksəlib.

İsti və qızmar hava yolda avtomobillərin əriməsinə səbəb olub. Sinoptiklər anomal hava şəraitinin bu həftənin sonuna qədər davam edəcəyini bildiriblər.

Vətəndaşlara uzun müddət günəşli havada qalmamaları barədə xəbərdarlıq edilib.

Yerli medianın yayımladığı görüntülərdə insanların isti hava şəraitinə dözə bilmədiyi, hər kəsin sərinlənmək üçün yer axtardığı kadrlar əks olunub.

635x100

Şərhlər

narazı 2021-07-09 12:28:27

siz hələ pul yığın, görürsünüzmü 5-10 ilə hər şey yekunlaşacaq.Camaatın pensiyalarını kəsməklə özləri də çox yeməyəcəklər.

Son yazılar