Menu

Şirvanda mikroavtobus qəzaya düşdü: Çox sayda yaralı var - FOTOLAR (Yenilənib)

09.07.2021, 19:00
Şirvanda mikroavtobus qəzaya düşdü: Çox sayda yaralı var - FOTOLAR (Yenilənib)

Şirvanda mikroavtobusla minik avtomobili toqquşub. APA-nın məlumatına görə, Şirvan şəhəri Ş.Qurbanov küçəsində 10 saylı marşrut xətti üzrə işləyən sərnişin mikroavtobusu ilə “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. Mikroavtobus daha sonra fərdi yaşayış evinin hasarına çırpılıb. Telefon xəttinin dirəyi aşıb.

Qəza nəticəsində doqquz nəfər yüngül xəsarət alıb. Onlardan yeddi nəfər ambulator tibbi yardım alıb, iki nəfər xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şahnisə Qəhrəman qızı, 1958-ci il təvəllüdlü Şəbiyev Səxavət Zaman oğlu, 1971-ci il təvəllüdlü Şəfiyev Zaur Əliqulu oğlu, 1955-ci il təvəllüdlü İsmayılova Rahilə Məhəmməd qızı, 1975-ci il təvəllüdlü Mehdiyeva Müşfiqə Xudayar qızı və 1979-cu il təvəllüdlü Əliyev Vasif Sədaqət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırııb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol