ABŞ kontingentinin Əfqanıstandan çıxarılması ərəfəsində Pentaqonun başçısı Lloyd Ostin Türkiyənin Milli Müdafiə naziri Hülusi Akara telefonla danışaraq Kabil aeroportunun təhlükəsizliyinin təminatı məsələsini müzakirə edib.
Bu barədə cümə axşamı ABŞ müdafiə idarəsi mətbuat xidmətinin başçısı Con Kirbi tərəfindən yayılmış bəyanatda söhbət açılır.
Onun sözlərinə görə, tərərəflər ordunun Əfqanıstandan çıxarılması məsələsinə baxmaqda davam ediblər.
«Ostin və Akar təhlükəsizlik problemlərinə yönəlik fikir mübadiləsi ediblər, gələcəkdə də Həmid Karzay adına beynəlxalq aeroport barədə razılaşmaya dair qarşılıqlı fəaliyyəti davam etdirməyə razılaşıblar» - deyə, Pentaqonun nümayəndəsi qeyd elib.
İyunun 14-də Türkiyənin Prezideni Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsi ABŞ-ın maliyyə dəstəyi qarşılığında Əfqanıstanda hərbi kontingenti NATO qüvvələri çıxandan sonra da saxlamağa hazırdır.
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Türkiyənin Kabil aeroportunun təhlükəsizliyini təmin emək barədəki təklifi ABŞ və «Taliban» hərəkatı arasında imzalanmış sazişə ziddir.
Yayılan xəbərlərə görə, «Taliban» rəhbərliyi də bu möveyi bölüşür. Amma buna baxmayaraq, Türkiyə dövləti ilə geniş əməkdaşlığa hazır olduğunu bildirir.
“AzPolitika.info”


Şərhlər