Menu

“Kommunal xidmətlər özəl sektora verilməlidir” – “Korrupsiya və qeyri-səmərəli idarəçilik aradan qalxacaq”

11.07.2021, 18:50
“Kommunal xidmətlər özəl sektora verilməlidir” – “Korrupsiya və qeyri-səmərəli idarəçilik aradan qalxacaq”

“İnkişaf etmiş ölkələrdə, xüsusən də Avropa İttifaqı ölkələrində olduğu kimi Azərbaycan da da kommunal sektor özəl sektora verilməlidir. Bununla da dövlət şirkətlərindəki korrupsiya və qeyri-səmərəli idarəçilik tədricən aradan qalxacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov kommunal xidmətlər sektorunda davamlı qiymət artımları olmasına baxmayaraq, problemlərin həll olunmamasının səbəbləri barədə sualı cavablandırarkən deyib.

Onun fikrincə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bir sıra hallarda kommunal xidmətləri dövlət şirkətləri təklif edəndə rentabelliyi və səmərəsi yüksək olmur: “Özəl sektor isə həm xərcləri minimumlaşdırır, həm də daha keyfiyyətli xidmətlər göstərə bilir. O baxımdan özəl kapitalın prosesə cəlb olunması daha məqsədə uyğundur”.

Deputat konkret olaraq istiliyin özəl sektora verilməsini mümkün sayır: “Nəticədə büdcədən ayrılan vəsaitləri də minimumlaşdırmaq olar, eyni zamanda, optimal qiymətlər gündəmə gələr, həm də xidmətin keyfiyyətini də artırmaq olar. Ona görə də məqsədə uyğun olardı ki, burda dövlət-özəl tərəfdaşlığı gücləndirilsin. Özəl sektorun və bu sahədə təcrübəsi olan yerli, xarici şirkətlərin prosesə cəlb edilməsi yaxşı olardı”.

“AzPolitika.info”

Şərhlər

Niyaməddin 2021-07-11 22:45:01

Ölkədə qanun işləmirsə, korrupsiya, özbaşnalıq, yekəxanalıq tüğyan edirsə, bunun heç bir mənası yoxdur. Ən əsası isə, rus, fars, erməni və digər düşmən mövqelərdə olan ünsürlərdən ibarət beşinci kalon zərərsizləşdirilməyibsə, onda ümumiyyətlə danışmağın mənası yoxdur. Dövlətimizə xəyanət edənləri zərərsizləşdirmək üçün vətənpərvər oğullara, mediaya, bir sıra hüquq mühafizə orqanlarına xüsusi səlahiyyət verilməli və onlar dolayısıyla dövlət tərəfindən qorunmalıdır...

t.ədalət 2021-07-11 19:44:08

Kommunal xidmətlərin özəl sektora verilməsi əhalini çətin vəziyyətə salacaq.Yersiz qiymət artımları tüğyan edəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol