BAKIDA TOY NEÇƏYƏ BAŞA GƏLİR? - VİDEOREPORTAJ

Artıq on gündən çoxdur ki, Azərbaycanda toy mərasimlərinin keçirilməsinə icazə verilib. Toy mərasimləri əvvəlcədən qəbul olunmuş müəyyən qaydalar əsasında keçirilməlidir.

"Report"un əməkdaşları pandemiya dövründə maksimum 150 nəfərin iştirakı ilə keçirilən toy mərasiminin ailə qurmaq istəyənlərə orta qiymətlə neçəyə başa gəldiyini araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, 150 nəfərlik restoran xərci orta hesabla 9 000 manat təşkil edir.

Bundan əlavə, qızıl üzüyün 700, kirayə gəlin maşınının 160, gül buketinin 60, bəylik kostyumunun 150, gəlinlik paltarının 500, gəlin makiyajının 200, tortun isə 400 manata başa gəldiyi məlum olub.

Qeyd edək ki, bundan başqa toyda mərasimin aparıcısı və musiqiçilərinə ödənilməsi üçün xeyli əlavə vəsait lazımdır. 

Ümumilikdə bir toy üçün ən azı 10 -12 min manat tələb olunur. 

Yəni, mənasız adətlərimizi dəyişmədikcə, toylar vətəndaşlarımız üçün ağır yük, bir qrup restoran sahibi, "bozbaş" müğənni üçün isə asan qazanc mənbəyi olaraq qalacaq...


635x100

Şərhlər

Niyaməddin 2021-07-13 19:47:40

Təşəkkürlər azpolitiko! Bu mənasız adət-ənənələr ailələri viran qoyur. Bütün bunlara qarşı qəti addımlar atmaq lazımdır.

t.ədalət 2021-07-13 15:20:07

Müğənnilərdən imtina etmək lazımdır.Müğənnilərə,ancaq nəmər vermək olar.Keçmişdə toyları könüllü ifaçılar aparırdılar.Bir dəstə qavalçı,həvəskar musiqiçilər məclisə şənlik qatırdılar.Ara gədələrinə mikrofon verib meydan sulamaq imkanı vermək lazım deyil.Özəl ali məktəblərin kommersant-rektorları kimi ağıllareına gələn məbləği tələb edirlər.

Son yazılar