Menu

Abşeronda gənc oğlan özünü bıçaqladı

14.07.2021, 09:18
Abşeronda gənc oğlan özünü bıçaqladı

Abşeronda intihara cəhd hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Höküməli qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Niyazov Ağamərdi Fəxrəddin oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onda döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol