Menu

Ərə verilən 15 yaşlı qızın yeri məlum oldu - VİDEO

14.07.2021, 10:00
Ərə verilən 15 yaşlı qızın yeri məlum oldu - VİDEO

Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilib.

"Report"un şimal-qərb bürosunun çəkiliş qrupu həmin qızın yaşadığı evə yollanıb.

Çəkiliş qrupumuz orada olarkən məlum olub ki, yeniyetmə qızın ata və anası polis şöbəsinə dəvət olunub.

Əməkdaşlarımız qızın qonşuları ilə həmsöhbət olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, araşdırmalardan sonra fakt təsdiqini tapıb. Kiçik Dəhnə kənd icra nümayəndəsi Ayaz Əliyev "Report"un yerli bürosuna deyib ki, hadisədən bu gün səhər xəbər tutub.

O, əlavə edib ki, icra nümayəndəliyində həmin kənddə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.

Əldə etdiyimiz məlumata görə, yeniyetmə qız Bakının Maştağa qəsəbəsində 30 yaşlı oğlanla evləndirilib.

Şərhlər

Helime 2021-07-14 12:41:34

Oglani tutmaq, qizi ise, valideynlerine qaytarmaq lazimdir, canlari chixib,18 yashinadek saxlasinlar. Insan ne derecede ovladini sevmeye ki, krossovka ile bir qirmizi paltar geyindirib, ele urvatsiz, hormetsiz shekilde bir oglanin eline verib, tez-bazar yola salsin . Onlar qiz kochurtmeyib, bir agizdan(uzr isteyirem) azad olublar.

Helime 2021-07-14 12:36:13

Mene bir shey maraqlidir. O 30 yashli oglana sual vererdim ki, o hechneyi basha dushmeyen, qanmayan o ushaqla senin ne maragin, ne heyatin olacaq? Onun dogdugu, terbiye etdiyi ushaqdan ne olacaq? O oglani tutub, icheri basmaq lazimdir pedofiliyaya gore ki, bashqalarina ders olsun. .. Belelerine ciddi tedbir gorulmur deye, bele hallar azalmir .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol