İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
***
Ermənistanla Naxçıvan sərhədində atışma olub, 1 erməni hərbçisi ölüb.Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" saytı xəbər yayıb. Erməni qaynaqları iddia edirlər ki, hadisə iyulun 14-də səhər saat 10:30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində baş verib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də məlumat yaylb. Məlumatda deyikir ki, Yerasx bölgəsində Azərbaycan Silahlı Qüvvələri ilə atışmada bir erməni əsgəri öldürülüb.
Ermənilər iddia edirlər ki, guya ilk atəşi Azərbaycan tərəfi açıb. Lakin bəllidir ki, hazırda bütün təmas xətti boyunca təxribatlara əl atan və atəşkəsi pozan Ermənistandır.

Şərhlər
at əmrini verən liliputindir, Allah onun cəzasını versin!