İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Şərhlər
Ay Xalq, öz adını yaz. Heç bir şəxsdə ətrafına bütöv-tam mükəmməl olması çətindir. Xalq isə münasibətlərdə tam mükəmməl olur! Qarabağ erməniləri də çıxıb getmişdilər. Bizim tolerantlıq ədamız, müdaxilə azarkeşlərinə yenə dərin kanal verdi? Azərbaycan heç bir erməninin də olmamasının nəinki, qalan dünyaya, tolerantlığa, heç Ermənistana da zərrəcə heç bir ziyanı yoxdur! Status-KVO sakitlik verərdi!
müharibə cəmi 8 aydır qurtarıb bunlar yenə qızıblar. Bunlara güclü cavab atəşi lazımdır. Yoxsa daha bir 30 il hər gün atəşkəsi bu ermənilər pozacaqlar.