Menu

Gimnastlarımız Qran-pridə medal qazandı

17.07.2021, 00:24
Gimnastlarımız Qran-pridə medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə milli komandası İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pridə ilk medalını qazanıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komanda çoxnövçülük yarışında bürünc medal əldə edib.

Onların çıxışı 87,600 balla qiymətləndirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol