Menu

Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır

17.07.2021, 14:26
Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır.

APA-nın xəbərinə görə, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında Qurban bayramı günlərində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.

İyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri iş günü olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 14 iyul 2021-ci il qərarına əsasən, Azərbaycanda 18 iyul (bazar), 19 iyul (bazar ertəsi) və Qurban bayramı günlərində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti qadağan edilib.

Şərhlər

t.ədalət 2021-07-18 14:19:39

ehtiyac içərisində yaşayanların bayram tətili olur ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol