Menu

“Bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıyıq” - Şarl Mişel

18.07.2021, 20:32
“Bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıyıq” - Şarl Mişel

“Sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır”.

“Report”un məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan lideri ilə görüş zamanı Avropa İttifaqı-Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri, gələcək layihələr, eləcə də ilin sonunda keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələləri müzakirə olunub.

Şarl Mişel bildirib ki, təmsil etdiyi qurum bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıdır.

Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyasının vacibliyini qeyd edən Aİ rəsmisi əlavə edib ki, regional əməkdaşlıq və infrastrukturun bərpası əhəmiyyətlidir.

Şərhlər

Cavid 2021-07-18 22:09:08

İndi gözləyin görək bu adam Yerevanda nə deyəcək? Tələsməyin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol