Menu

SOCAR-ın VİTSE-PREZİDENTLƏRİ VƏZİFƏDƏN AZAD OLUNUB - Prezident sərəncam imzalayıb

19.07.2021, 14:38
SOCAR-ın VİTSE-PREZİDENTLƏRİ VƏZİFƏDƏN AZAD OLUNUB - Prezident sərəncam imzalayıb

Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının başqa bir sərəncamı ilə David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Hər dörd Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şərhlər

Prezidentini sevən 2021-07-21 22:37:01

Şəkinin İcra başçısı elxan Usubov nə vaxt vəzifəsindən azad olunacaqdır ???

Roma 2021-07-20 13:56:49

Deyilənə görə Mikayıl İsmayılovun var-dövlətini hesablamağa böyük bir mühasibat da bəs etmir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol