Menu

Tovuzda toyda dava düşüb - 3 nəfər bıçaqlanıb

20.07.2021, 00:44
Tovuzda toyda dava düşüb - 3 nəfər bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz çayının kənarında toy məclisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

t.ədalət 2021-07-20 07:53:18

Cəza yüngül olduğuna görə bıçaqlama hadisələri çoxalıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol