Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəis müavini Əkbər Novruzov deyib.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.


Şərhlər
Avtomobillərin nizamsız park edilməsi FHN işçilərinə mane ola bilməz.Əsil maneə Bakının hər qarışının tikinti obyektinə çevrilməsidir.Binalar o qədər sıx tikilir ki,adamlar ayaqlarını qoymağa yer tapa bilmirlər.Bakının arxitekturası imkanlı adamların işğalına məruz qalıb."Cıdır"ın qarşısında piyada səkisini belə tikirlər.
eşitdiyimə görə kabellərin metal içliklərinə metala qənaət üçün titan qatırlar.