Menu

Rusiyanın Tacikistandakı hərbi bazası gücləndirilir

22.07.2021, 09:59
Rusiyanın Tacikistandakı hərbi bazası gücləndirilir

Rusiyanın Tacikistandakı hərbi bazası (RHB) 17 ədəd müasir PDM-2M (piyadaların döyüş maşını) ilə gücləndiriləcək.

Bu barədə iyulun 21-də Mərkəz Hərbi Dairəsinin (MHD) mətbuat xidməti xəbər yayıb, bəyanatı isə dairə komandanı Aleksandr Lapin verib.

Xəbərdə dəqiqləşdirilir ki, yeni silah növləri 201-ci motoatıcı bölüyünün köhnəlmiş nümunələrini əvəzləmək üçün nəzərdə tutulub.

Piyadaların modernizə olunmuş maşınları Tacikistana Rusiya Federasiyası Hava-Kosmik qüvvələrinin avianəqliyyatı ilə yola salınacaq və yeni texnika bazanın sərəncamına iyulun sonuna qədər veriləcək.

Rusiya hərbçilərinin gücləndirilməsi Əfqnıstandakı gərginlik fonunda həyata keçirilir. Texniki xarakteristkalarda xəbər verilir ki, PDM-2M atəşin avtomatik idarəetmə sisteminə malikdir, panoram nişanlama, müşahidə cihazları və R-168 «Akveduk» radiostansiyası ilə təchiz olunub.

Piyadaların döyüş maşınının əsas vəzifələri cəbhə xəttində hərbçilərin qorunması və daşınmasından ibarətdir.

Xatırladaq ki, Əfqanıstanda vəziyyət ABŞ və NATO ölkələrinin oradan öz ordusunu çıxarmağa başlamasından sonra gərginləşib. «Taliban» hərəkatı hökumət ordusuna qarşı öz fəaliyyətini aktivləşdirib və ölkənin əhəmiyyətli hissəsini nəzarət altına alıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol