Menu

“Hər kəs qardaşım kimi işində məsuliyyətli olsa, ölkəmizdə hər şey daha yaxşı olacaq” - İlham Həşimov

22.07.2021, 12:39
“Hər kəs qardaşım kimi işində məsuliyyətli olsa, ölkəmizdə hər şey daha yaxşı olacaq” - İlham Həşimov

“Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi təkcə Xətai Rayon İcra Hakimiyyətinə deyil, bütün icra hakimiyyətlərinə tapşırılmışdı”. Oxu.Az-ın məlumatına görə, Xətai rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun adına yaradılan parkın açılış mərasimində qardaşı İlham Həşimov bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs ilk olaraq Xətai İcra Hakimiyyəti tərəfindən olub: “Bunu ilk olaraq gerçəkləşdirmək elə Polad Həşimovun yolunu davam etdirmək deməkdir. Hər kəs qardaşım kimi işində məsuliyyətli olsa, ölkəmizdə hər şey daha yaxşı olacaq”.

O qeyd edib ki, Polad Həşimovun və digər şəhidlərin burada xatirə lövhəsinin olması hər gün parkı ziyarət edən uşaqların yaddaşına həkk olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol