Əfqanıstan Prezidenti Əşrəf Qani, “Taliban”ın Əl-Qaidə, Ləşkəri-Taiba və Ceyş-e-Məhəmməd kimi terror təşkilatları ilə dərin əlaqələri olduğunu söyləyərək, bu qruplaşmanın Əfqanıstanın qiyamçıların sığınacağına çevrilməsini istədiyini deyib.
Kabildəki Xüsusi Əməliyyat Komandanlığı Korpusunu ziyarət edərkən Prezident deyib ki, Əfqanıstan hökuməti və xalıq bunun baş verməsinə əsla imkan verməyəcək.
“Tolo News” xəbər verir ki, Ə.Qani, ölkəsinə xidmət edərkən həyatını itirən təhlükəsizlik qüvvələri üzvlərinin ailələrinin ehtiyaclarını ödəməyə söz verib. Hər biriniz bir qəhrəmansınız və hər şəhid, yaralı ailələrinə qayğı göstəriləcək: “Məqsədimiz Əfqanıstanı, azadlığı, bərabərliyi və son 20 ildə qazanılan uğurları qorumaqdır, lakin düşmənin niyyəti qaranlıqdır. Sən düşmənə sübut et ki, onlar xəyallarını qəbrə aparsın”.
Ə.Qani, Əfqanıstanın Dohaya danışıqlar üçün yüksək səviyyəli heyət göndərmə qərarının “Taliban”ın barış iradəsini təyin etmək olduğunu da dilə gətirib: “Taliban” bir çox şeyi açıqladı. Bir az əvvəl Dr.Abdullah mənə dedi ki, “Taliban”ın barışmaq istəyi yoxdur. Buna əsaslanaraq qərarlar verməliyik. Əfqanıstanın təhlükəsizlik və müdafiə qüvvələri son 20 ildə, xüsusilə, son üç ayda bu torpağı qorumaq və vətəninə hörmət etmək üçün çox sayda itki verib”.
AzPolitika.info


Şərhlər