Əfqanıstanın Qəndəhar əyalətinin Spin-Boldak rayonu “Taliban” qruplaşmasının nəzarəti altına keçəndən sonra 100-dən çox dinc sakin öldürülüb.
“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Mirvais Stanekzay bildirib.
“Terrorçular öz başçılarının əmri ilə Spin-Boldak rayonunda günahsız sakinlərin evlərinə hücum, qarət edib, yüzlərə dinc insanə qətlə yetiriblər”, - M.Stanekzay vurğulayıb.
Məlumata görə, Pakistanla sərhəddə yerləşən Spin-Boldak rayonu “Taliban” qruplaşması tərəfindən ələ keçirlmişdi. Bir müddət sonra Əfqanıstanda ordusu rayonu azad edib.


Şərhlər
Şərəfsizlərin öhdəsindən ancaq Türkiyə ordusu gələcək! Artıq əməliyyatlar başlayıb...
bunların qabaqlarından qaçdıqca bunlar da əlbəttə quduracaqlar.
bu orta əsrlərdən qalma qatilləri Sihalar vasitəsi ilə dənləmək olardı.