Menu

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir

23.07.2021, 11:13
Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir

Bu gün Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü işə başlayıb.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov açıb.

Nazir deyib ki, Azərbaycan və Rusiya dost ölkələr, strateji tərəfdaşdırlar.

“Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının işinə diqqət çəkmək istəyirəm. Bu çərçivədə davamlı iş aparılır, Azərbaycan və Rusiyanın iqtisadi əlaqələri inkişaf etdirilir. Bugünkü işgüzar görüş bizim tərəfdaşlığımızın sayəsində baş tutub.

2020-ci il çox çətin il idi, bir sıra çağırışlarla yadda qaldı və təbii ki, bizim münasibətlərimzə təsir göstərib. Pandemiyaya baxmayaraq Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalıb. 2021-ci ildə biz ticarət dövriyyəsində artım gözləyirik. Bu bizi sevindirir”, - deyə M.Cabbarov qeyd edib.

Şərhlər

Valeh 2021-07-23 11:57:15

Strateji terefdas niye sene dusmen olanErmenistani silahlandirir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol