Son yarım əsrdə quraqlıq dünyada 650 min insanın ölümünə səbəb olub, 77 mindən artıq Yer sakini qasırğalar zamanı həlak olub.
Bu rəqəmlər çümə günü Ümumdünya meteoroloji təşkilatının (ÜMT) dərc olunmuş hesabatında əksini tapıb. Təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış strukturudur.
«Son 50 ildə on böyük fəlakətdən ən çox sayda ölümə səbəb quraqlıq (650 min ölüm), qasırğalar (577,232), daşqınlar (58,7) və ekstremal temperatur (55,736) olub» - ÜMT qeyd edir.
Fəlakətlərin törətdiyi iqtisadi zərərə gəlincə, ilk onluğa qasırğalar (521 milyard dollar) və daşqınlar (115 milyard dollar) daxildir. İqlimə və suya aid olan fəlakətlər bütün ölümlərin 45 faizinə və toplam iqtisadi zərərin 74 faizinə səbəb olub.
«Hava şəraiti, iqlim və su ilə bağlı risklər getdikcə daha tez-tez və iqlimin intensiv dəyişməsi səbəbilə təkrarlanır» - ÜMT Baş katibi Petteri Taalos bəyan edib.
AzPolitika.info


Şərhlər