Menu

Ukrayna üzərindən qaz tranzitinin saxlanması şərti - Rusiya XİN açıqlayıb

24.07.2021, 00:08
Ukrayna üzərindən qaz tranzitinin saxlanması şərti - Rusiya XİN açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyində (XİN) bəyan ediblər ki, Rusiya Ukrayna üzərindən qaz kontraktını 2024-cü ildən sonra o halda uzada bilər ki, buna uyğun tələbat olsun.

Bu məsələ ilə bağlı nazirliyin mövqeyini Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko səsləndirib.

«Dünyanın aparıcı agentliklərinin qiymətləndirməsinə görə, qaza olan tələbat ancaq artacaq. Amma əslində son istehlakçılar məhz bunu əldə rəhbər tutmalıdırlar. Necə ki, tranzit qaz münasibətlərində ilkin yox, ikincili elementdir. Tələbat olacaqsa, tranzit də olacaq» - RİA Novosti agentliyi nazir müavinindən sitat gətirir.

Bundan əvvəl, Almaniya Federativ Respublikası (AFR) Xarici İşlər Nairliyi ABŞ və Almaniyanın «Şimal axını-2» üzrə bəyanatını dərc edib. Bəyanat tam olaraq, anti-Rusiya xarakteri daşıyır.

«ABŞ və Almaniya Rusiyanın onun təcavüzü və bəd fəaliyyətinə görə sanksiyaların və digər instrumentlərin köməyi ilə məsuliyyətə cəlb olunmasına can atmaq yolunda eyni fikirdədir» - mətndə deyilir.

Bundan başqa, Almaniya hakimiyyəti özünün xüsusi nümayəndəsini təyin etmək öhdəliyi götürüb - o, qaz tranizitinin Ukrayna üzərindən həyata keçirilməsi barədə sazişin uzadılması ilə məşğul olacaq. Uyğun işlər sentyabrın 1-dən (2021) gec olmayaraq başlanmalıdır.

Qruşkonun bəyanatı faktik olaraq, bu təəccüblü təşəbbüsə cavab olub. Bu, o deməkdir ki, Ukrayna üzərindən qaz tranziti sazişinin uzadılması məsələsinə istisnasız olaraq, iqtisadi səmərəlilik nöqteyi-nəzərindən baxılacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol