Menu

Rusiya hidrogen yanacaqlı aviasiya mühərriklərinin işlənməsinə başlayıb

24.07.2021, 00:10
Rusiya hidrogen yanacaqlı aviasiya mühərriklərinin işlənməsinə başlayıb

«Rostex»in birləşmiş mühərrik tikintisi korporasiyası iyulun 22-də Beynəlxalq aviasiya-kosmik salonda (BAKS-2021) aviasiya və yerüstü istifadə üçün hidrogen yanacaqlı enerji qurğularının işlənməsi proqramına start verib.

«Rostex»in mətbuat xidmətinin xəbər verdiyi kimi, 2021-ci ilin yayında layihənin işçi qrupu formalşdırılıb. Onun tərkibinə «ODK» müəssisələrinin mütəxəssisləri daxil edilib və sınaq-konstruktor işlərinə başlanıb.

Enerji qurğularının işlənməsi üzrə işlər elmi və sahə institutları və hidrogen yanacağından istifadə sahəsində təcrübəsi olan təşkilatlar tərəfindən aparılacaq.

«Aviasiyada karbohidrogen və neft-qaz sahəsi izlərinin azaldılması üçün hidrogen yanacağından istifadə ən perspektiv istiqamətlərdən biridir. Biz, ümid edirik ki, modifikasiya olunmuş qaz turbinlərində hidrogen yanacağının yandırılmasının və yanacağın elektrik enerisinə çevrilməsinin iki əsas texnologiyasını nəzərdəni keçirəcəyik» - Baş kontruktor Yuri Şmotin qeyd edib.

Xatırladaq ki, hidrogen energetikası mühərrik tikintisinin inkişafının ən perspektivli istiqamətlərindən biridir. Hidrogendən istifadənin iki variantı mövcuddur: mühərrikdə qazın yandırılması və yanacaq elementlərinin yaradılması - orada hidrogen oksigenlə qarşılıqlı təsirdə olur və elektrik enerjisi yaranır, havaya isə yalnız su buxarı tullanır. Aşağı izli enerji qurğularının yaradılması aviasiya sənayesində istifadə perspektivinə və maşınqayırmanın qarışıq sahələrinin inkişaf perspektivinə malikdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol