"Son vaxtlar koronavirusa yoluxan hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə yoluxur". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O bildirib ki, toyların keçirilməsinə icazə verilməsi yoluxma sayına öz təsirini göstərməyə başlayıb: "Biz öz ölkəmizdə COVİD-19 problemini həll edə bilirik. Bunu zaman göstərdi. Yoluxanların sayında çox cüzi artım var. Bizə müraciət edən virusa yoluxmuş hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə olub-olmaması barədə sualımıza bəli deyir.
Lakin buna baxmayaraq yoluxma oktyabr-dekabr aylarındakı kimi vüsət almayıb. Toylarda ara məsafə saxlanılacağı, gigiyenaya riayət ediləcəyi təqdirdə maskasız ötüşmək olacaq".

Şərhlər
Toylarda HEÇ BİR KARANTİN QAYDALARI GÖZLƏNİLMİR. ÇOX TƏƏSSÜF. QISA MÜDDƏTDƏ TOY VƏ KÜTLƏVİ ŞƏKİLDƏ KEÇİRİLƏN TƏDBİRLƏR QADAĞAN EDİLMƏLİDİR.