Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlir - "Bakı Bəyannaməsi" imzalanacaq
Baxiş sayı:
Dərc olunub:
25/07/2021 - 13:51
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, üçtərəfli görüş iyulun 27-də keçiriləcək.
Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.
Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Mustafa Şentop Füzuli və Şuşa şəhərlərinə səfər etdikdən sonra isə vətənə dönəcək
Şərhlər
Mustafa bəy xoş gəlib səfa gətirir! Planlaşdırılan bütün işləri xeyirli-uğurlu olsun!