Menu

“Fərat Qalxanı” Hərəkatı bölgəsində 7 terrorçu məhv edilib” - Hulusi Akar

25.07.2021, 15:50
“Fərat Qalxanı” Hərəkatı bölgəsində 7 terrorçu məhv edilib” - Hulusi Akar

"Fərat Qalxanı” Hərəkatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) qarşı xain terror hücumu edən terrorçuların cavabı yetərincə verilib, onların döyüş mövqeləri və ən az 7 terrorçu məhv edilib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Nazir deyib ki, şəhidlərin qanını yerdə qoymadılar, qoymayacaqlar: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, dünən Suriya ilə Türkiyə sərhədində yerləşən, Türkiyə Ordusunun antiterror əməliyyatı apardığı “Fərat qalxanı” bölgəsində terror aktı törədilib, Türkiyə ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 2-si yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol