BU GÜN AZƏRBAYCANDA YOLUXMA SAYI AÇIQLANDI - 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 340 443 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5 006 nəfər vəfat edib, aktiv xəstə sayı 3 381 nəfərdir.

Ölkədə son sutka ərzində 9 684, hazırkı dövrədək isə 3 975 081 test aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar