Menu

Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı

26.07.2021, 00:20
Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı

Azərbaycanın yeniyetmə güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 8 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 1-i gümüş, 7-si bürünc əyarlı olub.

Yeganə gümüş medalı qadın güləşində Ruzanna Məmmədova (46 kq) əldə edib.

Sərbəst güləşçilərdən Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq) və Yusuf Dursunov (92 kq), yunan-Roma güləşçilərindən isə Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Ruslan Nurullayev (71 kq) və Cocu Səmədov (80 kq) bürünc medala layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol