Menu

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə zəlzələ baş verib

26.07.2021, 00:24
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə zəlzələ baş verib

Gürcüstanın cənub-şərqində zəlzələ qeydə alınıb. Ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən verilən məlumata əsasən, yeraltı təkanlar paytaxt Tbilisidən 54 km aralıda, Kvemo-Kartli (Borçalı) bölgəsinin Salaməleyk kəndi yaxınlığında baş verib.

Günorta saatlarında müşahidə olunan 3.7 bal gücündə zəlzələnin episentri 10 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol