Menu

Bakıda dəhşətli avtoqəza: Avtobus piyadanın üstünə çıxdı - Foto

23.10.2014, 11:53
Bakıda dəhşətli avtoqəza: Avtobus piyadanın üstünə çıxdı - Foto

Bu gün Bakıda sərnişin avtobusunun sürücüsü dəhşətli qəza törədib.

ANS PRESS-in məlumatına görə, hadisə Dərnəgül yolunda baş verib.

Belə ki, 82 saylı sərnişin avtobusu Dərnəgül istiqamətində hərəkət edərkən yolun əks istiqamətinə keçməyə cəhd edib.

Bu zaman yolu keçən piyadanı vurub. Piyada avtobusun altında qalıb.

Hazırda hadisə yerində olan insanlar avtobusun altında qalan adamı çıxarmağa çalışırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol