Menu

Koronavirus pandemiyası dünyada aclığa səbəb olur

26.07.2021, 20:18
Koronavirus pandemiyası dünyada aclığa səbəb olur

"İqlim dəyişiklikləri və münaqişələr dünya boyu yoxsulluğa, gəlir bərabərsizliyinə, ərzağın bahalaşmasına təkan verən amillərdir".

“Report” “AP”yə istinadla xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş videomüraciətində bildirib.

Onun dediyinə görə, yoxsulluq, gəlir bərabərsizliyi, ərzağın baha olması səbəbindən dünyada 3 milyard insan sağlam qidalanmadan məhrumdur.

Qeyd edək ki, BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) bu ay açıqladığı hesabata görə, 2020-ci ildə dünya boyu 811 milyon insan aclıqla üzləşib ki, bu da əvvəlki ilə nisbətən 161 milyon çoxdur. Belə vəziyyətin yaranması COVID-19 pandemiyasının yaratdığı fəsadlarla bağlıdır.

Şərhlər

Niyaməddin 2021-07-26 22:10:57

İmperialistlər lənətə gəlsinlər! İstədiklərinə qismən nail oldular. Afrika tamamilə onların müstəmləkəsinə çevrilib. Sərvətlərini talayıb, əhalisini bilərəkdən ac-susuz qoyurlar ki, müdaxilə olunmasın! Heç şübhəsiz ki, yeriniz cəhənnəm atəşidir, alçaqlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol