Kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlər görüləcək

“Bu gün kirayəyə verilən evlərin bir çoxu müqaviləsiz və qeydiyyatdan keçməmiş verilir. Bu da son nəticədə müəyyən problemlərə, risklərə, həmçinin vergidən yayınmalara gətirib çıxarır”.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, bu problem tək bizdə deyil, bütün MDB ölkələrində var: “Əgər zonalar üzrə müqayisə etsək, Bakı şəhərinin mərkəzindəki evlərin əksəriyyəti müqavilə ilə kirayəyə verilir və onların vergisi də əsasən ödənilir. Amma kənarlarda, xüsusən də kütləvi yaşayış yerlərində kirayə verilən evlərin əksəriyyəti müqaviləsizdir. Bahalı bağ evləri və villalar da əsasən müqavilə ilə kirayəyə verilir. Düşünürəm ki, zamanla bu məsələ də həllini tapacaq. Hazırda vergi orqanları iri ticarət mərkəzlərində, iri müəssisələrdə vergi toplanması ilə məşğuldurlar. Həmin yerlərdə nizam-intizam yarandıqdan sonra yəqin ki, kirayə verilən evlərin də vergiyə cəlb olunması istiqamətində addımlar atılacaq”.

635x100

Şərhlər

Oxucu 2021-07-27 12:06:43

Azpolitka xaiş edirəm şərhlərim çap edəsiniz.

esger 2021-07-27 08:51:15

xeyir elə bağalı mənzillər villalar və bağların sahibləri vergini ödəmir qaz işiq və su sadə 3- otaqlı mənzillərə yazılan həcmində ödəyirlər

Oxucu 2021-07-26 23:10:55

Çox marağlıdır təkcə həmin yığılan qanunsuz pullarda binanın sahibindən başqa həmin rayonun güc orqanları başdada icra və bələdiyə orqanları xusisi marağ göstərir,kimsə belə qanunsusluğa mübarizə aparırsa həmin qurumlar birləşib elə həmin binada yaşayan əl altıları tərəfindən şərlənir,bu böyük bir faciyədir bütün ölkə ərazisində nağd pullar bucür xusisi adamların əlində cəmləşir və istənilən qanunsuzluqlara yol açır.

Oxucu. 2021-07-26 23:03:42

Hörmətli Nüsrət müəllim novostroykalarda hər km üçün yığılan an azı 0,30-40 -50 man və ondan çox olan məbləğlərdə çoxdur,görəsən onları nə zaman vergiyə cəkb edəcəjlər,adi bir misal binada 15000 man yığılar xərc isə cəmi 3-4 min arasındadır elə həmin 4-5 minədə saxta qəbzlər yazılır,qalan 11000-12000 min manatsa nə adla olursa olsun binanı tikən adama çatdırılır.

Son yazılar