"ABŞ İraqda hərbi missiyalarda iştirak etməyəcək" - Cozef Bayden

ABŞ İraqla sonrakı əməkdaşlığını bu ölkənin güc strukturlarının təliminə və İŞİD-lə mübarizə istiqamətində cəmləşdirəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

"Düşünürəm ki, işlər yaxşı gedir, İraqdakı rolumuz təlimlərə kömək etmək, yenidən yüksələn İŞİD-lə mübarizəyə kömək etməkdən ibarət olacaq, amma heç bir hərbi missiyada iştirak etməyəcəyik", - deyə Bayden Ağ Evdə İraqın Baş naziri Mustafa əl-Kazemi ilə görüşdə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar