Menu

AAYDA sədri: "Ölkədə problemli yollar yoxdur, problemi ictimaiyyət yaradır"

27.07.2021, 15:03
AAYDA sədri: "Ölkədə problemli yollar yoxdur, problemi ictimaiyyət yaradır"

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) yollar rayon mərkəzindən onun ərazisinə qədər verilir. Daxili yollar isə rayonların və yerli bələdiyyələrnin balansındadır. Bizə həmin rayonlardan sifarişlər verilir".

Bunu “Report”a açıqlamasında AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət investisiya proqramında nəzərdə tutulan bütün yollar bu il də ayrılmış vəsait hesabına təmir edilir, ilin sonuna qədər təhvil veriləcək: “O cümlədən, bu il Bakıda 361 km yolun təmiri nəzərdə tutulub".

Sədr ölkədəki avtomobil yollarının keyfiyyətinin aşağı olması barədə səslənən fikirlərə də münasibət bildirib: "Bizdə problemli yollar yoxdur. Yollar təmir edilib, ancaq müəyyən hissəsi sıradan çıxa bilər. Problemi ictimaiyyət özü bilmədən yaradır. Azərbaycan dövlətinin qayğısı ilə son dövrlərdə 17 min km-dən çox yol tikilib, təhvil verilib. Burda problem nədən yarana bilər?!"

Şərhlər

Niyaməddin 2021-07-27 21:31:26

Sizin çəkdiyiniz yolların yalnız bir, iki faizi keyfiyyətli ola bilər. Sizin balansınızda olan en qədər problemli yollar var...

Err 2021-07-27 19:04:08

Oqlun milyarderdi ! Hardan ?

alı 2021-07-27 18:03:09

Salam. Yeqin ki, Hacıqabul - Ələt yolunun hər iki istiqamtdə və Ələt - Astara yolunun Salyan DYP - nin punktuna qədər olan hissəsinin də sizin təşkilata aidiyyatı yoxdur.

esger 2021-07-27 17:48:36

Düz deyir ölkədə yalnız Avtomobil Yolları Dövlət Agentliyinin gördüyü işlər problemi var Qoyulan asfalt standarta cavab vermir ona görə dağılır Hesablama Palatası və Standartlaşdırma idarəsi üçün xeyli iş var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol