Menu

"Ermənistan KTMT-dən çıxamalıdır" - "Rusiyanın maraqları Türkiyə və Azərbaycanla üst-üstə düşür"

27.07.2021, 20:27
"Ermənistan KTMT-dən çıxamalıdır" - "Rusiyanın maraqları Türkiyə və Azərbaycanla üst-üstə düşür"

Ermənistandakı “Modus Vivendi” tədqiqat mərkəzinin rəhbəri Ara Papiyan hesab edir ki, Ermənistan 44 günlük sonunci Qarabağ savaşı, bundan sonra Azərbaycan-Ermənistan sərhədində yaranmış mövcud vəziyyətə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin, ilk növbədə də Rusiyanın hərəkətsizliyinə görə, Qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməlidir.

“Bu, yeganə çıxış yoludur, ona görə də bunu gerçəkləşdirmək üçün bütün imkanlara əl atmalıyıq. Aydındır ki, Rusiyanın maraqları indi Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşür. Onlar bunu bir neçə dəfə, müxtəlif səviyyələrdə də deyiblər. Nəticə olaraq, ortaq maraqlar, ortaq müttəfiq münasibətləri yoxdursa, münasibətlər formal xarakter daşıyır. Məsələn, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətik. Hansı ki, birinci maddə, müttəfiq ölkəyə zərər verə biləcək hər hansı bir hərəkəti qadağan edilir. Amma Rusiya daima silah sataraq Azərbaycana kömək edirdi. Ona görə də hesab edirəm ki, biz NATO üzvü olmayan müttəfiq kimi mütləq ABŞ və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə çalışmalıyıq və əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük buna mane olsa, onda biz bu təşkilatdan çıxmalıyıq",-deyə Papiyan vurğulayıb.

Xatırladaq ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot ötən həftə "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində Fransanın Ermənistanla müdafiə sahəsində əməkdaşlığa hazır olduğunu deyib.

Siyasi təhlilçi, "Qafqaz" İnstitutunun rəhbəri Aleksander İskandaryan hesab edir ki, Qərb ordusunun bu regionda iştirakı ağılabatan deyil. O, hesab edir ki, Qərb ölkələrinin Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı öz üzərlərinə hansısa ciddi öhtəlik götürmələri real deyil.

“Üçüncü ölkələrin burda birbaşa iştirakının elə bir ciddi perespektivi yoxdur. Üçüncü ölkə deyəndə, mən regional gücləri, yəni Rusiya ilə Türkiyəni nəzərdə tutmram”,-deyə o bildirib.

İskandaryan deyib ki, Qərb ölkələri üçün bir təhlükəsizlik sistemi mövcuddur - NATO. Bu təşkilatı isə bölgədə Türkiyə təmsil edir. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol