Türkiyənin Ukraynaya silah tədarük etməsi faktı Rusiyanı narahat etməməlidir və Ankara ilə Moskvanın münasibətlərinə neqativ təsir göstərməməlidir.
Bu fikri «Lenta.ru» nəşrinə müsahibəsində Türkiyənin Maltəpə universitetinin professoru Həsən Ünal bildirib. O, Rusiya tərəfini bununla barışmağa çağırıb ki, Ankara bundan sonra da Kiyevlə əlaqələri inkişaf etdirəcək.
Türk ekspertin fikrincə, bu, heç vəchlə qüvvələr nisbətinə təsir etmir, belə ki, bir cüt türk pilotsuz aparatının Ukraynaya tədarük edilməsi Rusiyanın hərbi gücünü üstələyə bilməz.
«Qərb ölkələri, Birləşmiş Ştatlar və digərləri Ukraynanı Rusiyanın üstünə qaldıracaq. Bizə isə Ukraynanı yoldan çıxartmaq lazım deyil, biz, sadəcə münasibətlərimizi yaxşı səviyyədə saxlamağa can atırıq. Bunun isə böyük fərqi var» - professor hesab edir.
Bu zaman Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlər saxlaması ona iki ölkə arasında vasitəçi olmaq imkanı verə bilər.
«Bizim Kiyevlə münasibətlərimiz Rusiya üçün təhlükə yaratmır və Rusiya bunu belə rəngdə görməməlidir» - Ünal qeyd edib.
O, həm də ehtimal edib ki, Türkiyə və Rusiya Krım üzrə sövdə bağlaya bilər - Moskva tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasının qarşılığında. Bu zaman türk professor qeyd edib ki, cavabında Türkiyənin Krımı Rusiya ərazisi kimi tanımasına ehtiyac olmayacaq. Onun fikrincə, Moskvadan eləcə bu kifayət edər ki, Türkiyə bunu etməkdə digər ölkələrə mane olmasın.
AzPolitika.info


Şərhlər