Menu

Çin hərbi sahədə dünya hökmranlığına can atır - Bayden

28.07.2021, 09:57
Çin hərbi sahədə dünya hökmranlığına can atır - Bayden

Çin rəhbəri Si Çinpin ölkəsini 2040-cı illərin ortalarına qədər dünyanın ən qüdrətli hərbi gücünə çevirmək istəyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Direktoru aparatının heyəti qarşısında çıxış edən Birləşmiş Ştatlar prezidenti Cozef Bayden bildirib.

Amerika liderinin sözlərinə görə, o, Çin Xalq Respublikasının rəhbəri ilə hamıdan çox vaxt keçirib.

“O, (Si Çinpin - red.) tam ciddi olaraq, 40-cı illərin ortalarında ölkəsini dünyanın ən qüvvətli hərbi gücünə, dünyanın ən böyük iqtisadiyyatına çevrilməyə köklənib. Bu, reallıqdır”, - Bayden deyib.

Şərhlər

Oxucu 2021-07-28 10:45:06

Bunu hansı dövlət istəməzki.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol