"ORTAQ TÜRK ORDUSUNUN YARADILMASI İSTİQAMƏTİNDƏ DANIŞIQLAR APARILIR" - Mustafa Şəntopun mətbuat konfransı +VİDEO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop mətbuat konfransı keçirib.

"Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında olması kiməsə inad deyil, əksinə, nəticədir” -deyə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop  mətbuat konfransında deyib.

O bildirib ki, bu üçlüyün birliyini hər hansı dövlətlərə inad kimi qiymətləndirmək doğru deyil: “Birinci dünya müharibəsi zamanında birlik qurula bilmədi və irqçilik, eləcə də digər səbəblərdən dolayı dünyada sülh yarada bilmədi. Lakin yeni mexanizmlər dünyada sülhü bərqərar edəcək. Deyərdim ki, bizim bu üçlü mexanizm iqtisadi inkişaf vəd edəcək. Bu 21-ci əsrin bölgə və dünya barışına düşünülən hədəfdir. İstərdim ki, bu üç ölkənin birgə hərəkəti belə qiymətləndirilsin”.

"Ortaq Türk ordusu yaradılması istiqamətində də bir sıra danışıqlar aparılır” - deyə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop mətbuat konfransında deyib.

O bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin ortaq hərbi təlimləri keçirilir: “Bütün bunlara rəğmən bizim əsas amalımız bir millət iki dövlətdir. Hər zaman da belə olaraq qalacaq. Bunun ətrafında da bir çox danışıqlar və anlaşmalar aparılıb”.

Baku TV-yə istinadən  konfransın videosunu təqdim edirik:

635x100

Şərhlər

Niyaməddin 2021-07-28 23:20:18

Səbirsizliklə gözləyirik! Allah müvəffəq etsin!

Xalq 2021-07-28 13:41:36

Ortaq Türk Ordusuna qoşulacayıq inşaallah!

GƏNCƏ 2021-07-28 11:32:18

EŞQ OLSUN !

Veteran 2021-07-28 11:31:46

Allah quvvət versin.

Son yazılar