Putinlə İngiltərənin "Çelsi" klubunu nə birləşdirir? - Rus oliqarxlar ingilis yazarı məhkəməyə verdi

Rusiya oliqarxı, milyarder Roman Abramoviç Rusiya prezidenti Vladimir Putin haqqında məşhur “Putinin adamları: DTK Rusiyanı necə geri aldı və onu Qərbə qarşı qoydu” adlı kitabın müəllifi Katererin Beltonu məhkəməyə verib. Oliqar yazarı ona böhtan atmaqda ittiham edir.

Qeyd edək ki, adıçəkilən kitabda Putinin DTK-dan Kremlədək karyera yüksəlişindən və onun ətrafındakı keçmiş sovet elitasından bəhs edilir.

Rusiya-İsrail ikili vətəndaşlığı olan Abramoviç kitabda yer alan 2003-cü ildə İngiltərənin "Çelsi" klubunu Putinin göstərişi ilə almasına dair iddiadan şikayətçidir. Britaniya Ali Məhkəməsində baxılan işdə Abramoviçin vəkili olan Hyu Tomlinson bildirib ki, sözü gedən kitab kobud təhriflərlə doludur.

Vəkilin sözlərinə görə, kitab belə bir təəssürat yaradır ki, guya "Çelsi" klubunun satın alınması Qərbə rüşvət vermək və Birləşmiş Krallıqda Rusiya təsiri üçün dayaq yaratmaq məqsədilə həyata keçirilən sxemin bir hissəsi olub.

Müəllifin və "Harper Collins" nəşriyyatının vəkili iyulun 28-də Tomlinsonun iddiasını rədd edib. Onun sözlərinə görə, oxucu çətin ki, Abramoviçin klubu Putin üçün alması nəticəsinə gəlsin. Vəkil Endryu Kaldekott bildirib ki, digər tərəfdən, klubun satın alınmasında Kremlin nüfuzu məsələsinin olmasından şübhələnmək üçün əsaslar var:

"Kitabda deyilir ki, cənab Abramoviç öz sərvətindən Putin və onun dostlarının məxfi istifadəsi üçün imkan yaradır. Düşünən və adi bir oxucu belə bir nəticəyə gəlməlidir”. Kaldekottun sözlərinə görə, kitabda belə bir əlaqəni güclü şəkildə inkar edən mənbənin sözləri də verilib. Vəkil əlavə edib ki, Abramoviç Putin Kremlinin tələblərinə cavab verməsəydi məhv olmaq təhlükəsi ilə üzləşərdi. Kitabda belə bir iddia da var ki, Abramoviç Kreml pullarının “kassiri və xərcləyəni” kimi fəaliyyət göstərir.

Xatırladaq ki, "Financial Times" qəzetinin keçmiş müxbiri xanım Beltonu Rusiyanın neft nəhəngi "Rosneft" də böhtana görə məhkəməyə verib.

Bəzi xəbərlərə görə "Harper Collins" nəşriyyatına qarşı Rusiyanın daha iki biznesmeni - Mixail Fridman və Pyotr Aven də məhkəmə işi açmağı planlaşdırırlar. Lakin həmin işlər üzrə də vəkil olan Tomlinson deyib ki, sözü gedən məhkəmə iddiaları barədə cavabdehlə razılaşma əldə olunub. O deyib ki, bu işlər arasında koordinasiya yoxdur. "Reuters" agentliyinin yazdığına görə həmin işlər üzrə naşir təkzib verməyə və üzr istəməyə razılaşıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar