DEPUTATIN POLİSİ DÖYMƏSİ TƏSDİQLƏNDİ - Araşdırma başlayıb (Yenilənib)

Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib.

"Report"un sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib.

Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

***

Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.

"Bakupost.az"a daxil olan məlumata görə, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. Bildirilir ki, həmin restoran deputatın qohumunundur.

***

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

Xaçmaz sakinləri Bakıpost.az-a açıqlamalarında hadisənin dünən Nabranda baş verdiyini bildiriblər.

Sakinlər qeyd edib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib. Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Hazırda polis işə çıxmır. 

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gedib, ondan məsələni böyütməməyi xahiş ediblər.

DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə mətbuata deyib ki, Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə məlumat daxil olmayıb.

635x100

Şərhlər

Niyaməddin 2021-07-30 22:31:55

Qudurğanlıq baş alıb gedir. Bunlara dur deyən olacaq görəsən? Yoxsa camaatın tapdağı altında qalacaqlar?

Cəmşid Dərələyəzli 2021-07-30 14:43:34

Təmsil olunduğu Milli məclisin adını və güc strukturlarının mənsubunu aşağıladığı üçün (day seçiciləri də demirəm, niyəsini özünüz yaxşı bilirsiniz)., toxunulmazlığı qaldırılıb, haqqında cinayət işi açmaq lazımdır. Yox ki, Milli Məclisin İntizam komissiyası bir xəbərdarlıqla kifayətlənməlidr. Bu bir başa Dövlət və Dövlət Başçısımnın nüfuzun da haradasa kölgə düşürməkdir. Milli məclisin üzvü ola-ola nə demək, polisi döymək, qoçu dəstəsi ilə hüquqşunasa hücum etmək, bir digəri deputatlıq vəsiqəsini girov qoyub borc götürmək. Bunlar hamısı sonuncu qrultayda YAP İcara Aparatı sədrliyindən uzaqlaşdırılan Əli Əhmədovun "əsərləridi". İnşallah Ölkə Başçısı uzağı payızda parlamentin buraxılması haqqında sərəncam imzalayar. Orada oturanların 5-10 %-i istisna, o yerə layiq deyillər. Bunu 44 günlük vətən müharibəsində daha qabarıq şahid olduq. Ona görə də, müharibədən sonra guya seçiciləri ilə görşə gedənləri cammat oradan ... qovan kimi qovdular.

VIDADI GOYCE 2021-07-30 11:43:19

DEYESEN BU DIPUTAT FRANSIZ EHLIDI

rr 2021-07-30 06:54:03

Kasib kimese 1 shille vuranda xeberləri olur)))))Amma indi melumat yoxdu,

Eko 2021-07-30 03:59:54

Ôzbashnaliq!! Hara qedir bunun axri ?Biyabirciliq, ne qûndeyik biz ?Qayda qanun hamsi sôzde kaqizdadi, Pulluya beli , pulsuza deli ) hmmm

Cabbar 2021-07-30 01:46:34

Əyyaşdan necə deputat olur? Bu suala Məzahir Pənahovun cavabı aezuediləndir.

Vətəndaş 2021-07-30 01:41:59

ELDƏNİZ HANSI PARTYADAN NABMİZƏD VERİLİB? BUNA MİLLİ MƏCLİS NECƏ BAXIR? BELƏ DEPUTATDAN NƏ MİLLƏT, NƏ DÖVLƏT FAYDA GÖRMƏZ!.TƏRBİYƏSİZLİK EDƏN DEPUTAT GERİ ÇAĞRILMALIDIR.BU MİIIİ MƏCLİSƏ VƏ HƏM D MƏNSUB OLDUĞU PARTİYAYA AYIB KİMİ QƏBUL OLUNMALI VƏ SİDDİ NƏTİCƏ ÇIXARILMALIDIR..

Anar 2021-07-29 23:41:15

Ister pasportstolun iwcisi ister diger xidmet her emekdaw xidmetde olan zamam yeni ki emeliyyat qrupunda olan reyd kecire biler hormetli vetendaw

Seyid Ənhu 2021-07-29 22:36:40

Mən əvvəllər deyirdim ki, ölkədə feodal münasibətləri hökm sürür. Bu hadisə onu əks erdirir ki, xeyr. daha belə deyil. Artıq ölkədə qul və quldarlıq elementləri boy göstərir. Deputat dövlət məmurunu öz iradəsinə tabe etdirmək üçün basıb döyürsə yəqin ki, sıravi vətəndaşı anındaca öldürər də. Yaxın gələcəkdə bunu eşitsək mən təəccüblənməyəcəm.

Vetendaş 2021-07-29 21:27:13

Salam, pasport stolun emekdaşı reyd keçirmede iştirak edir? ? Nese şübhəli temadı

Emil 2021-07-29 19:38:15

Eldəniz (Edik) cavanlıqda tez- tez yaxşı kəllə atırdı.İndi yəqin cavanlığı yadına düşüb amma deputatlıgı yadından çıxıb.

Son yazılar