Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Füzulidə olublar

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Füzuli şəhərində olublar.

"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.

Qonaqlar erməni vandalları tərəfindən dağıdılan Füzuli Mədəniyyət Evi-Dram Teatrının, Arxiv İdarəsinin binalarına baxış keçirdikdən sonra Füzuli Beynəlxalq Hava Limanı, həmçinin “Füzuli” yarımstansiyası ilə tanış olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar