Menu

"Keşlə"nin futbolçusu Konfrans Liqasında tarixi qol vurub

29.07.2021, 21:06
"Keşlə"nin futbolçusu Konfrans Liqasında tarixi qol vurub

"Keşlə" Azərbaycanın UEFA Konfrans Liqasında ilk qolunu vurub.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi Bakıda Rusiya "Soçi"sinə qarşı II təsnifat mərhələsinin cavab oyununda fərqlənib.

Komandanın heyətində Felipe Santos 35-ci dəqiqədə topu rəqib qapısından keçirib.

Ötən həftə Azərbaycan klublarından "Keşlə" ilə yanaşı "Sumqayıt" və "Qarabağ" da ilk matçlarında qol vura bilməmişdi.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və "Keşlə" 1:2 hesabı ilə geridədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol