“Rusiya ilə hərbi-texniki əməkdaşlıq Türkiyənin silah tələbatını ödəyir” - Ərdoğanın müşaviri

Türkiyənin Rusiya ilə hərbi-texniki əməkdaşlığı, o cümlədən S-400 zenit-raket kompleksləri (ZRK) üzrə əməkdaşlığı Ankaranın tələbatını ödəyir.

Bu barədə iyulun 29-da Türkiyə Prezidentinin böyük müşaviri Mücahit Kiçikyılmaz bəyan edib. Müşavir qeyd edib ki, Ankaranın S-400 üzrə mövqeyi həmişə açıq olub.

«Biz, S-400 mövzusu barədə ictimaiyyətə nəyi deyiriksə, bu, gerçəkdən bizim düşündüklərimizdir» - Kiçikyılmaz bildirib.

O, qeyd edib ki, Türkiyə həm Qərblə, həm də Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirəcək.

İyulun 21-də məlum olub ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəyə qarşı yeni sanksiya tətbiq edəcək, əgər Ankara - NATO üzvü kimi Rusiyadan hərbi-texniki təyinatlı məhsullar almaqda davam edəcəksə. Bundan bir gün əvvəl «Rosoboroneksport»un Baş direktoru («Rostex»ə daxildir) Aleksandr Mixeyev danışıb ki, Moskva və Ankara öz aralarında S-400 tədarükü üzrə texnoloji əməkdaşlığın gələcək proqramını razılaşdırıb. Onun szlərinə görə, Rusiya Federasiyası və Türkiyə ZRK-nin əlavə tədarükləri barədə gələcək fəaliyyəti razılaşdıra bilər.

Xatırladaq ki, Türkiyə tərəfindən 2019-cu ildə Rusiya istehsallı müdafiə sistemləri alınandan sonra, ABŞ Ankaranı israrla Türkiyə ərazisində ZRK-ı quraşdırmaqdan çəkinməyə çağırır. 2020-ci ilin dekabrında ABŞ Türkiyə müdafiə sənayesi İdarəsinə qarşı sanksiya tətbiq edib, ardınca isə NATO üzrə müttəfiqini beşinci nəsil F-35 qırıcıları yaradılması proqramından tamamilə çıxardıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar