Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə 71 yaşlı kişinin meyiti aşkarlanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar