Binəqədi Rayon Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
"Report"un xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
***
Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib. "Report"un xəbərinə görə, o, hakim qarşısına çıxarılacaq.
Məhkəmə E.Səlimov barəsinə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.
Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
***
Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılıb.
"Report"un xəbərinə görə, o, bu gün Binəqədi Rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarılacaq.
Məhkəmə E.Səlimov barəsinə həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Şərhlər
Əla! Yaşasın ədalət! Zalımlar üçün yaşasın cəhənnəm!
Bu kinolar kimə lazım. .... hamısı eynidir. Təzə gələn ondan betər olacaq.
İllərfdir, hər paylaşmamızda, hər çıxışımızda bunu dedik. Ki, məmur cəzasızlığı aradan qaldırılmalıdır. Hansı ki, Dövlət Başçısı da dəfələrlə onları xəbərdar edirdi. Amma nə uazıq ki, qudurğan, harınlamış, bu ölkəni talayan, xalqa üstən baxan məmurlar zamanında zəzalandırılmalıdırlar. Zamanında cəzalandırılmadığından da bəziləri bax beləcə o qədər harınladı ki, Polisi döydü. Vəkilə hücüm etdi, mandatı girov qoydu, Vergi müfəttişini döydu, birisi salfet satan cocuğu döydürdü, büdcəni taladılar, Mirələmov kimisinin sol əli günün-günorta çağı ofisdə dal aradı, bəzi nazirlərin övladları bahalı maşınları ilə küçədə adamları öldürdü, sərbəst qaldılar, Pirallahının başçısı beş ildir ölüm hadisəsinin iştirakçısı Manaf Manafov kimisini yanında böyük vəzifə verib, çatısı altılnda qoruyur (hansı ki, YAP Mərkəzi Aparatı onun partiyadakı vəzifələrindən xaric edib) və.s. və s. Qüyd etdiyim kimi, baxmayaraq ki, Ölkə Başçısı belələrini dəfələrlə uyardı, xəbərdarlıq etdi. Amma dediyim kimi harınlıq, qudurğanlıq, yıgdıqları paralar gözlərini tutdu. O qədər həyasızlaşdılar ki, ölkənin müharibə vəziyyətində olması, Şəhid qanları qurumaması umurlarında belə olmadı. Hətta Ölkə Başçısının gecəsi -gündüzü olmadığı bir vaxtda, bunlar keyflərindən belə qalmadılar. İnşallah aidiyyatı dövlət qrumları, xüsusən də illərdir bütün bu kimi hadisələrə seyirçi qalan, əslində vəzifəsi hüququn keşiyində durmaq olan Baş Prokrorluq özünə, əsil vəzifəsinin icrasına qayıdar...