Menu

"Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur" - Xidmət rəisi

05.08.2021, 11:45
"Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur" - Xidmət rəisi

"Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur".

Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: "İki nəfər əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımi köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsi işlərində fəal iştirak edirlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol